Tehranla Moskva arasında vaksinləşmə – Politoloqların şərhi

Hazırda oxunan: Tehranla Moskva arasında vaksinləşmə – Politoloqların şərhi

9898

“Bir müddət əvvəl İran prezidenti Həsən Ruhani demişdi ki, İran vətəndaşlarına öz səhiyyə sisteminin ortaya çıxaracağı vaksin vurulacaq, çünki xaricdən belə peyvəndləri gətirməklə insanların həyatını təhlükə altına qoymaq olmaz”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İranın koronavirusa qarşı niyə məhz Rusiya vaksinindən istifadə edəcəyi ilə bağlı sualı cavablandırarkən politoloq Elşən Manafov səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İrandan körfəz ölkələrinə “müzakirəyə hazırıq” mesajı


“Yəqin ki, Lavrovla görüşdə İran tərəfinin belə bir açıqlama verməsi Tehranın Rusiya vaksinlərinə etimadından irəli gələ bilər. Çünki İran Rusiyadan vaksin alan ilk dövlət deyil.

Latın Amerikası ölkələri – Argentina, Venesuela və başqa dövlətlərin “Sputnik V” peyvəndini aldığını dəqiq bilirik.

Düşünürəm ki, bu seçimlər Rusiya səhiyyəsinə olan etibardan qaynaqlanır. Ruslar bu peyvəndin effektivliyi ilə bağlı məlumat veriblər ki, vaksinin COVİD-19-a qarşı 96 faizlik müsbət göstəricisi var. Amma bəzi Çin vaksinlərinə gələndə, burada effektivlik 75-76 %-dir. 

Yəqin ki, İran tərəfinin məlum qərarında geosiyasi faktorlar da var”,- deyə Elşən Manafov fikrini tamamladı.

İranın vaksinlə bağlı qərarına təsir edən geosiyasi faktorların nədən ibarət olduğunu öyrənmək üçün digər politoloq Ceyhun Əhmədli ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, İranın Rusiya istehsalı olan vaksindən istifadə etməsi həm də geosiyasi aspektlərdən dəyərləndirilə bilər:

“Çünki Qərbdən gələn təzyiq və sanksiyalar fonunda rəsmi Tehran 40 ildən çoxdur ki, Moskva ilə iş birliyi  münasibətində olub. Vaksin razılaşması da bu, ümumi geosiyasi tendensiyanın növbəti təzahürüdür. Hətta bir neçə ay əvvəl hər iki ölkə birlikdə vaksin hazırlamaqla bağlı təşəbbüs də irəli sürüb.”

Ceyhun Əhmədli bildirdi ki, Zərifin Moskva səfərində bu istiqamətdə birgə fəaliyyətlə bağlı yekun razılaşma da əldə olundu. 

“Bir əlavəni də edim ki, növbəti mərhələdə İranın Avropa vaksinindən istifadə etməsi üçün real imkanlar yarana bilər.

Çünki Baydenin hakimiyyətə gəlişi ilə İrana münasibətdə yenidən mülayimləşmə strategiyası gözlənilir. 

Bu baxımdan, yaxın aylarda Avropa istehsalı vaksinlərin də İranda tətbiqi gündəmə gələ bilər”,- deyə politoloq mövzu ilə bağlı şərhini bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin