İlham Əliyev Astanada Putinlə Bakı-İrəvan münasibətlərini MÜZAKİRƏ EDƏCƏK  

Hazırda oxunan: İlham Əliyev Astanada Putinlə Bakı-İrəvan münasibətlərini MÜZAKİRƏ EDƏCƏK  

98943

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev Astanada keçiriləcək görüşdə Bakı ilə İrəvan arasında münasibətləri müzakirə edəcəklər. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. 

"Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz onunla təkcə ikitərəfli məsələləri deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacağıq", - Uşakov deyib. 

Kreml nümayəndəsi vurğulayıb ki, Vladimir Putinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsi üçün əsasdır. 

Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir:

“Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə vaxtını razılaşdıra biləcəyik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin