Səfirliklərimizə hücumlarda ERMƏNİ ACİZLİYİ – Tofiq Abbasovun ŞƏRHİ

Hazırda oxunan: Səfirliklərimizə hücumlarda ERMƏNİ ACİZLİYİ – Tofiq Abbasovun ŞƏRHİ

98931

Son iki ay ərzində Azərbaycanın bir sıra xarici ölkələrdəki səfirlikləri vandal hücumlarına məruz qalır. Sonuncu belə hücum Azərbaycanın Vaşinqtondakı səfirliyinə qarşı yönəlib. 

Oktyabrın 10-dan 11-nə keçən gecə ölkəmizin Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.

Bundan əvvəl, avqustun 4-də Bakının Londondakı səfirliyi hücuma məruz qalmışdı. Parisdəki səfirliyimiz isə iki dəfə anoloji hadisə ilə üzləşib.

Belə ki, sentyabrın 18 Azərbaycanın Fransadakı səfirliyi ermənilərin hücumuna məruz qalıb. Diplomatik nümayəndəliyimizin binasına ziyan dəyib, terrorçular səfirliyin daxilinə girmək istəyiblər. Oktyabrın 1-də isə vandallar tərəfindən səfirliyin binasınına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, səfirliklərimizə vandal hücumları davam etdirməklə erməni vandallar və onların hamiləri çalışırlar ki, Azərbaycanı təxribatlara təhrik etsinlər:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili ATƏŞƏ TUTULDU


“Azərbaycan diplomatik və hərbi sahədə müdafiə mövqeyindən əks hücuma keçməklə situasiyanı köklü sürətdə dəyişdi. Bundan sonra qarşı tərəflər, Azərbaycanın düşmənləri xaricdəki səfirliklərimizə qarşı hücum kapmaniyasına start veriblər. Bununla onlar Azərbaycanı yeni-yeni təxribatlara təhrik etməyə çalışırlar. Ermənilərin təbliğat maşını indi də işləyir. Onlar döyüş meydanında ciddi zərbə alaraq darmadağın edildilər. Bunun əvəzini isə səfirliklərimizə qarşı təxribat törətməklə, habelə informasiya sahəsində çıxmağa çalışırlar. Bu yolla guya özlərində təskinlik tapdıqlarını düşünürlər. Onların bu əməlləri sadəcə, acizlikdir, bunun sonu yoxdur və heç bir nəticəsi olmayacaq”. 

Politoloq qeyd edir ki, bu hadisələrin arxasında dayanan qüvvələr özlərinin zəifliyini, çarəsizliyini nümayiş etdirirlər: 

“Ermənilər və onların havadarları bu yolla heç bir nəticə əldə edə bilməyəcək. Azərbaycan sayıqlığı itirməməli, əks təbliğatı lazımi səviyyədə aparmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin