Ermənilərdən ruslara TƏLƏB: “Bu verilişlər yayımlanmamalıdır”

Hazırda oxunan: Ermənilərdən ruslara TƏLƏB: “Bu verilişlər yayımlanmamalıdır”

9893

Ermənistan Rusiya kanallarının ölkədə yayımlanması üçün ortaya yeni tələblər qoyub. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Televiziya və Radio Milli Komissiyasının sədri Tigran Akopyan yanvarın 27-də jurnalistlərə açıqlamasında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır” – Qabrielyanov

Hakimləri seçmək əvəzinə əsirləri xilas etmək lazımdır - Ermənilər yenə etiraz edir


O bildirib ki, əgər əvvəllər erməni rəhbərliyinin Rusiya telekanallarına hansısa tələbi diktə etməyə imkanları yox idisə, iki ölkə arasında imzalanan yeni saziş buna imkan verir.

“Rusiya telekanalları qarşısında isə tələblərimiz bunlardır. Erməni xalqının xüsusi günlərinə hörmətlə yanaşılmalı (məsələn, yas günlərində əyləncə proqramları yayımlamamaq), Ermənistandakı seçki proseslərinə müdaxilə edilməməlidir. Fövqəladə və ya hərbi vəziyyət normalarına hörmət etməli və ermənilərin milli ləyaqətini alçaldan verilişlər yayımlanmamalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin