Qırğızıstanla 30 ildir baş tutmayan YAXINLIQ – “İlham Əliyev münasibətləri praktikləşdirdi” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: Qırğızıstanla 30 ildir baş tutmayan YAXINLIQ – “İlham Əliyev münasibətləri praktikləşdirdi” – Tofiq Zülfüqarov 

98892

“Azərbaycan Orta Asiya ölkələriylə əlaqələrini durmadan genişləndirir. Bundan öncə İlham Əliyevin Özbəkistana olan səfəri də fikrimin sübutudur. Yəqin ki, bundan sonra İlham Əliyevin bu bölgəyə səfərləri davamlı olacaq. Burda həm siyasi, həm də iqtisadi məqsədlər var. Siyasi məqsədlərdən öndə olanı Türk dövlətlərinin ittifaqıdır.

Bütün addımlar buna hesablanıb. İqtisadi maraqlarsa ondan ibarətdir ki, Orta Asiyadan, xüsusən də Qırğızıstandan bir sıra önəmli tranzit yollar keçir.

Çin və Şərqi Asiya ölkələrinə ən əlverişli yol Qırğızıstandan keçir. Bu tranzitlər də Azərbaycan üçün çox önəmlidir. Bu baxımdan Qırğızıstanda keçirilən son görüşlər, imzalanan sənədlər də onu göstərir ki, dediyimiz 2 məsələdə ciddi proqramlar var. Və onların üzərində iş gedir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfərini Bizim.Media-ya şərh edən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

O, əlavə edib ki, bu ilin əvvələrində Qırğııstan prezidenti Azərbaycana səfər etmişdi:

“Qısa müddət sonra isə Azərbaycan lideri bu ölkəyə gedib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qarşılıqlı səfərləri şərh edərkən qeyd elədi ki, bizim məqsədimiz münasibətləri praktik şəkildə inkişaf etdirməkdir”.

Sabiq nazir bir maraqlı məqama da toxunub:

“Azərbaycan dövləti Qırğızıstana böyük investisiyalar yatırmaq fikrindədir. Bu da birbaşa böyük məqsədlərin təcəlləsidir. Bu məqsədlərdən biri də odur ki, Qırğızıstan üzərindən keçən kommunikasiya xəttləri Azərbaycana yönəlsin. Burda digər məqsəd də var ki, o da qabaqcadan müəyyən edilmiş konsepsiyaya uyğun həyata keçirilir”. 

Tofiq Zülfüqarov onu da əlavə edib ki, Bişkek görüşlərində Zəngəzur dəhlizi də əsas müzakirə predmetlərindən biridir:

“Zəngəzur dəhlizi ilə bağlı söhbət gedəndə bəziləri elə zənn edir ki, burda Azərbaycanın məqsədi Naxçıvanla birbaşa quru təmasa nail olmaqdır. Bəli, bu niyyət də var. Amma əsas hədəf Zəngəzuru Avrasiyanın alternativsiz nəqliyyat dəhlizinə çevirməkdir. Və bu məsələ dünyanın əsas oyunşularının da marağındadır. Rusiyadan tutmuş Çinə və Avropa dövlətlərinə qədər çoxları bu dəhlizdən faydalanmaq istəyir. O cümlədən də, Qədim İpək yolunun üzərindəki Qırğızıstan dövlətinin də bu dəhlizə çox böyük marağı var. Dost Qırğızıstan istəyir ki, Avropaya çıxış məsələsində Azərbaycan daha vacib oyunçu olsun”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin