Azərbaycan diplomatik korpusuna qarşı baş verən bir neçə insidentin nəticəsi olaraq, biz görürük ki, erməni radikalları istifadə etdikləri bədnam terror taktikasını geri qaytarırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev öz “Twitter“ hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili ATƏŞƏ TUTULDU
O qeyd edib ki, türk diplomatlarına qarşı 1970-80-ci illərdə və azərbaycanlı mülki vətəndaşlara qarşı 1988-94-cü illərdə törədilən bu cür terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər.
Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Bizim.Media
Apparently with several incidents against ?? diplomatic corps, we see the return of notorious terror tactic used by Armenian radicals. As such terror acts against ?? diplomats in 1970-80s & ?? civilians in 1988-94 have not been strongly condemned, those radicals employs impunity.
— Farid Shafiyev (@shafiyev_farid) October 12, 2022