"Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim".
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.
İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub.
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:43 / 11.10.2022
“Qırğızıstanla münasibətlərimizi fəallaşdırmaq əzmindəyik” – İlham Əliyev
Hazırda oxunan: “Qırğızıstanla münasibətlərimizi fəallaşdırmaq əzmindəyik” – İlham Əliyev
Hazırda oxunan: “Qırğızıstanla münasibətlərimizi fəallaşdırmaq əzmindəyik” – İlham Əliyev
98729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.