«Ermənistan Azərbaycan - Türkiyə əməkdaşlığından faydalana bilər» - Hikmət Hacıyev

Hazırda oxunan: «Ermənistan Azərbaycan - Türkiyə əməkdaşlığından faydalana bilər» - Hikmət Hacıyev

9872

«Azərbaycan-Türkiyə diaspor, elm və digər sahələrdə də əməkdaşlığı inkişaf etdirməlidir, bunun üçün zəmin də var».

Bizim.Media-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir.

«Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə- İran, Azərbaycan-Türkiyə-Pakistan. Deməli, Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər».

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin