Ermənistanın törətdiyi müharibə cinayətlərilə bağlı HESABAT HAZIRLANIB  

Hazırda oxunan: Ermənistanın törətdiyi müharibə cinayətlərilə bağlı HESABAT HAZIRLANIB  

98405

“2003-cü ildən etibarən Azərbaycan dövləti Avropa Məhkəməsinə Ermənistanın törətdiyi cinayətlərlə bağlı şikayətlərin verilməsi işini təşkil edir”.  

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.  

“Artıq 2005-ci ildə ilk şikayət Avropa Məhkəməsinə göndərildi. Azərbaycan dövləti bu işdə 3-cü tərəf kimi iştirak edib. Çünki şikayətçi məcburi köçkün, ittiham olunan tərəf isə Ermənistandır. O zamandan bəri həm yerli, həm də xarici hüquqşünaslardan ibarət komanda yaradılıb.  
Həm “Çıraqov Ermənistana qarşı” işi üzrə, həm də dövlətlərarası şikayətin hazırlanması üzrə iş başlanıb. Artıq 2010-cu ildə dövlətlərarası şikayət layihəsi hazır olub, müharibə cinayətlərilə bağlı bütün məlumatlar toplanıb, layihəyə əlavə edilib.

2021-ci il Avropa Məhkəməsinə edilən şikayətlərlə isə həmin məlumatlarla yanaşı, mina xəritələrinin verilməməsi, mülki əhaliyə qarşı törədilən əməllər və s. kimi sonrakı dövrlərin məsələləri də daxil edilib.  
Komandanın üzvləri tərəfindən Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri barəsində böyük bir hesabat hazırlanıb. Bu hesabat 2020-ci ilin fevralında BMT-də rəsmi sənəd kimi paylanıb. O vaxtadaək baş vermiş bütün müharibə cinayətləri hesabatda öz əksini tapıb”, - deyə Ali Məhkəmə rəsmisi əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin