“Ermənistan təzminat ödəyə bilmirsə, torpaq verə bilər” – DEPUTAT 

Hazırda oxunan: “Ermənistan təzminat ödəyə bilmirsə, torpaq verə bilər” – DEPUTAT 

98352

“I və II Qarabağ müharibəsini əhatə edən müharibə cinayətkarlarının cəzalandırılması komissiyasının yaradılması vacibdir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc səsləndirib.  

STM sədri atılması vacib olan digər addımlara da diqqət çəkib:

“İkincisi, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində ölkəmizə rəğbəti olan xarici diplomatların səfərbərliyi tələb olunur. Üçüncüsü, Ukraynaya təkcə ABŞ yardımları 26 milyard dollardır.  

İqtisadiyyatın bərpası üçünsə 500 milyardın ayrılacağı qeyd olunur. Lakin ən azı Zəngilanın bir kəndinin bərpası üçün donor tapmaq və xarici ölkələri səfərbər etmək üçün dünya azərbaycanlıların fəal kampaniya təşkil etməsinə ehtiyac var.  
Dördüncüsü, 1 milyona yaxın qaçqın və məcburi köçkünə vurulan zərərə uyğun olaraq, “evimin təzminatını ödə” tədbiri kimi gündəmə gətiməliyik.  
 
Beşincisi, əgər düşmənin bu təzminatı verməyə pulu yoxdursa, bunun əvəzində torpaq tələb etmək kimi dünya təcrübəsinə uyğun hüququmuz var”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin