Karen Şahnazarov: “Azərbaycan prezidenti çox inandırıcı danışır...”

Hazırda oxunan: Karen Şahnazarov: “Azərbaycan prezidenti çox inandırıcı danışır...”

Özət:
  • Ermənistan rəhbərliyi Qarabağ uğrunda mübarizədə düşünməlidir ki, hansısa formada Ermənistanı da itirməsin.
  • İstədin-istəmədin Azərbaycanın ərazi bütövlüyü problemini etiraf etmək lazımdır və hansısa status imkanları axtarmaq lazımdır ki, erməni əhalinin orda yaşamasına, mədəni inkişafına qarantiya verilsin. Başqa heç bir yol yoxdur.
  • “Qarabağ məsələsini postsovet məkanında heç bir problemlə müqayisə etmək olmaz. Bu, Abxaziya olsun, Cənubi Osetiya, Donbas... Hamısının Rusiya ilə sərhədi var. Qarabağ Azərbaycanın içindədir.
982

BİLİRDİNİZMİ

...ki, tanınmış erməni rejissoru Karen Şahnazarov, nəhayət, Solovyovun verilişində Qarabağ mövzusunda həqiqətləri dilə gətirdi?

Təkcə ona görə yox ki, ziyalıdır, Qarabağlıdır, problemi ordakıların hamısından yaxşı bilir. Həm də ona görə ki, Azərbaycanın gücünü gördü!

Erməni rejissorun “Veçer s Solovyovım” verilişində dediklərini olduğu kimi təqdim edirəm:

Ümumiyyətlə, reallıqdan danışsaq, mən bu barədə demişəm, indi də etiraf etməliyik...

Ermənistan rəhbərliyi Qarabağ uğrunda mübarizədə düşünməlidir ki, hansısa formada Ermənistanı da itirməsin. Bu, olduqca mürəkkəb vəziyyətdir. 

Vladimir Solovyovun gözləri kəlləsinə çıxır...

Şahnazarov:  Təəssüf ki, baş verənlərin çox hissəsi, əlbəttə, indiki Ermənistan rəhbərliyinin düşünülməmiş addımlarının nəticəsidir. Vəziyyət belədir ki, istədin-istəmədin Azərbaycanın ərazi bütövlüyü problemini etiraf etmək lazımdır və hansısa status imkanları axtarmaq lazımdır ki, erməni əhalinin orda yaşamasına, mədəni inkişafına qarantiya verilsin. Başqa heç bir yol yoxdur. O illüziyalar ki, erməni cəmiyyəti yaşayır, yeri gəlmişkən, ay nə bilim, “biz İsaril kimiyik”, yox, İsraildə vəziyyət tamam başqadır. Əvvəla, İsaril çox güclü dövlətdir, ikincisi yəhudi diasporu erməni diasporundan dəfələrlə qüvvətlidir.

Uşaqlar (ermənilərə müraciətlə - M.H.), siz düşünməliydiniz ki, zərgərliklə məşğul olmaq lazımdır, yoxsa bank...

Ermənipərəst mövqeyi ilə seçilən V.Tretyakovun replikası:

- Başa düşmədim, ermənilər zərgərliklə məşğul olmur?

Şahnazarov:

Ermənilər məşğul olur, yəhudilər məşğul olmur. Onlar bunun əvəzində banklar alır, mətbuat əldə edir və Hollivud tikirlər... Başa düşürsənmi?

Solovyovun replikası:

- İsrail həm də güclü silah istehsal edir.

Şahnazarov: Bəli,

...Qarabağ məsələsini postsovet məkanında heç bir problemlə müqayisə etmək olmaz. Bu, Abxaziya olsun, Cənubi Osetiya, Donbas... Hamısının Rusiya ilə sərhədi var. Qarabağ Azərbaycanın içindədir. Bundan başqa, iki rayon barədə ki söhbət gedir, axı onlar da Azərbaycan rayonlarıdır. Əgər yeddi rayon qaytarılsa Qarabağ neyləyəcək?

Bu gün heç bir real huquqi imkan yoxdu ki, Rusiya bu məsələyə müdaxilə eləsin. Rusiya Ermənistanın maraqlarını təmin etməlidir, amma necə?

Üzünü Tretyakova tutaraq: Sən deyirsən. Axı Rusiya hansı əsasla müdaxilə etsin?

Tretyakov (həyasızcasına): Genosid təhlükəsi adı altında!

(Deyəsən, Tretyakov Karen Şahnazarovdan daha çox erməni olmaq istiyir!)

Solovyov: Genosid təhlükəsi... Harda?

Tretyakov: Dağlıq Qarabağda.

Şahnazarov: Azərbaycanın prezidenti, - ona necə münasibət bəsləməkdən asılı olmayaraq, - çox inandırıcı danışır. O, həmişə deyir ki, ermənilər və Azərbaycanlılar birgə yaşayacaqlar...

Söhbətin davamı və erməni cəmiyyətinin ona münasibəti barədə sabah...

 

Müsəllim Həsənov, xüsusi olaraq Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin