Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verilib.
Görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq, parlament təşkilatları ilə əlaqələrin genişləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:16 / 07.10.2022
Parlament sədri bu ölkələrin rəsmiləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Parlament sədri bu ölkələrin rəsmiləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Parlament sədri bu ölkələrin rəsmiləri ilə GÖRÜŞDÜ - FOTO
98029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.