İlham Əliyev: “Bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır”

Hazırda oxunan: İlham Əliyev: “Bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır”

97852

“Erməni silahlı birləşmələri bu günə qədər bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib


Dövlətimizin başçısı deyib:

“Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”. 

Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin