Bu gün İndoneziyada Milli Məclisin sədri Sahibə Qafarova ilə Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl arasında keçirilən görüşdə Azərbaycanın Londondakı səfirliyinə qarşı hücumla bağlı müzakirə aparılıb.
Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri İcmalar Palatasının sədrinə Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək bildirib ki, bu hücumun əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdi olub və bu təxribat hərtərəfli araşdırılmalıdır.
Spiker deyib ki, səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüfünü bildirib.
İcmalar Palatasının sədri bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını bildirib. Eyni zamanda Ser Lindsi Hoyl səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını nəzərə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:24 / 06.10.2022
"Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik" - Britaniyalı sədr - FOTO
Hazırda oxunan: "Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik" - Britaniyalı sədr - FOTO
Hazırda oxunan: "Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik" - Britaniyalı sədr - FOTO
97821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.