Rəhbəri yenilənən nazirliyin aqibəti necə olacaq? - ŞƏRH

Hazırda oxunan: Rəhbəri yenilənən nazirliyin aqibəti necə olacaq? - ŞƏRH

9778

“Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumların (Aztelekom, Baktelekom, AzİnTelecom, Azercell və s.) idarəetməsi bir müddət öncə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib. Bu baxımdan Nazirlik qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin surətdə dəyişib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə yeni rəhbər təyin olunması məsələsinə münasibət bildirərkən qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri kimdir? - DOSYE


“Yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı.

İndiki anda Nazirlik daha çox təmizləmə, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması, innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır.

Nazirlik qarşısında duran vəzifələr baxımından Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər.

Əvvəlki dönəmlərdə də o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi.

Uzun müddət öncə onun rəhbərlik etdiyi şöbə sektorun tənzimlənməsi ilə bağlı konseptual sənəd də hazırlamışdı.

Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına da diqqət yetirməyə çalışırdı”.

Bəs, hazırda NRYTN-nin taleyi necə olacaq. Struktur dəyişikliyi olacaqmı? 

Osman Gündüz qeyd olunan gözləntilərə də toxunub. O, sektorda həllini gözləyən problemlərin çox olduğunu deyib:

“Tənzimləyici qurum necə formalaşacaq, elə Nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvlərini Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşdıracaq?

Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı? 

Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı?

Ümid edirəm və inanıram ki, yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri işləyən Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin