Praqa GÖRÜŞÜ – “Türkiyə tərəfindən Paşinyana bunlar deyiləcək...”

Hazırda oxunan: Praqa GÖRÜŞÜ – “Türkiyə tərəfindən Paşinyana bunlar deyiləcək...”

97746

“Ərdoğanla Paşinyanın görüşü kifayət qədər vacib bir məsələdir. Çünki, bu görüşdə Türkiyə tərəfindən açıq-aydın Paşinyana bildiriləcək ki, o Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Və Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamalıdır”.

Bu fikirləri politoloq Fərhad Məmmədov bu gün Praqada baş tutacaq Ərdoğan-Paşinyan görüşünü Bizim.Media-ya şərh edərkən bildirib.

O əlavə edib ki, Ermənistan cəmiyyətində Türkiyəyə qarşı fobiyalar var. Bu fobiyaları neytrallaşdırmaq üçün də əlbəttə ki, Paşinyan bu görüşdən maksimim istifadə edəcəkdir: 

“Düşünürəm ki, əsas məsələ ondan ibarətdir ki, Türkiyə ən ali səviyyədə Ermənistan qarşısında bir daha bildirəcək ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin