Rusiya səfirliyi qarşısında piket keçirmək tələbinə RƏSMİ CAVAB  

Hazırda oxunan: Rusiya səfirliyi qarşısında piket keçirmək tələbinə RƏSMİ CAVAB  

97559

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmək üçün müraciətinə baxıb. 

Bizim.Media xəbər verir ki, BŞİH-dən müraciətə verilən cavabda bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmayıb. 

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Şanlı zəfərimizlə başa çatıb.

10 noyabr 2020-ci il tarixində bağlanılmış üçtərəfli bəyanatla Ermənistan hərbi kapitulyasiyaya uğradığını qəbul edib. Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir. 
BŞİH bildirib ki, yuxarıda qeyd olunanlar, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 7 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin