BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən Azərbaycan üzrə layihə sənədi hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Proqramın icraçı direktoru Maimuna Mohd Şərif oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb.
O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:22 / 05.10.2022
BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb
Hazırda oxunan: BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb
Hazırda oxunan: BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb
97536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.