Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş kütləvi məzarlıqla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
“Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb.
Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir”.
Bizim.Media
Mass grave of tortured/killed Azerbaijani militaries by ?? during the 1st war identified in Edilli village. Edilli was used as concentration camp for Azerbaijani hostages by Armenia. 4000 Azerbaijani militaries/civilians remain missing. ?? refuses to provide mass grave locations. pic.twitter.com/5FkgdaADBI
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2022