"Nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaq".
Bizim.Media-nın məlumatına görə, bunu Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul zamanı deyib.
Nazir vurğulayıb ki, iqtisadi islahatların dərinləşməsi ilə bağlı ölkə başçısının qarşıya qoyduğu tapşırıqlara da sahə nazirliyi olaraq öz töhfəsini verə bilmək üçün əlindən gələni əsirgəməyəcək.
R. Nəbiyev nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələrinin vacib olduğunu anladıqlarını, əsas vəzifənin sahə üzrə, yəni, nazirliyə həvalə edilmiş sahə üzrə effektiv dövlət siyasətinin həyata keçirilməsi, ədalətli tənzimləmə mexanizmlərinin yaradılması və nəticə etibarilə ədalətli rəqabət mühitinin formalaşdırılması olduğunu bildirib.
“Cənab Prezident, Siz hər zaman söyləyirsiniz ki, əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar”, - deyə yeni nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:36 / 26.01.2021
Rəşad Nəbiyev: "Nazirliyin tabeliyində olan müəssisələr qısa zamanda korporativləşəcək"
Hazırda oxunan: Rəşad Nəbiyev: "Nazirliyin tabeliyində olan müəssisələr qısa zamanda korporativləşəcək"
Hazırda oxunan: Rəşad Nəbiyev: "Nazirliyin tabeliyində olan müəssisələr qısa zamanda korporativləşəcək"
9741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.