Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir.
Məlumat verilib ki, yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir.
Onlardan 14-nün inşası tamamlanıb.
Qeyd edilib ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.
18.05
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:46 / 04.10.2022
Prezident Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Prezident Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Prezident Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB - FOTO
97391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.