İsrail və Avropa İttifaqı (Aİ) son 10 ildə ilk dəfə Assosiasiya Şurasının iclasını keçirməklə strateji dialoqu bərpa ediblər.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapidin ofisi məlumat yayıb.
Görüşdə videobağlantı vasitəsilə çıxış edən Y.Lapid İsrailin Aİ ilə siyasi və iqtisadi əlaqələrini gücləndirməyin onun hökumətinin diplomatik prioritetlərindən biri olduğunu bildirib.
“Aİ İsrailin əsas ticarət tərəfdaşıdır, lakin bizi yalnız iqtisadi maraqlar birləşdirmir. Assosiasiya Şurası formatında keçirilən görüş İsrail ilə Aİ arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək və həm İsraildə, həm də Avropada yaşayış xərclərini azaltmaq üçün mübarizəni gücləndirəcək”- deyə baş nazir qeyd edib.
Nazir həmçinin iclasın keçirilməsinin tarixi səhvə düzəliş olduğunu bildirib:
“Bu Şura 10 ildən artıqdır ki, yanlış səbəblərə görə çağırılmır. Bu iclası keçirməyimiz tarixi səhvi düzəldir. Son bir ildə münasibətlərimizdə xeyli irəliləyiş əldə etmişik və qarşıda hələ çox şey edə bilərik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:07 / 03.10.2022
İsrail və Aİ tarixi səhvə düzəliş etdi - Assosiasiya Şurası toplandı
Hazırda oxunan: İsrail və Aİ tarixi səhvə düzəliş etdi - Assosiasiya Şurası toplandı
Hazırda oxunan: İsrail və Aİ tarixi səhvə düzəliş etdi - Assosiasiya Şurası toplandı
97212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.