Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 3-də Parisə verdiyi etiraz notasında qeyd olunub.
Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:15 / 03.10.2022
Azərbaycan Fransadan təzminat TƏLƏB EDİR
Hazırda oxunan: Azərbaycan Fransadan təzminat TƏLƏB EDİR
Hazırda oxunan: Azərbaycan Fransadan təzminat TƏLƏB EDİR
97208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.