Ramin Quluzadə vəzifəsindən azad olundu - SƏRƏNCAM

Hazırda oxunan: Ramin Quluzadə vəzifəsindən azad olundu - SƏRƏNCAM

9720

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tutduğu vəzifədən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Nəbiyev nazir təyin edildi – SƏRƏNCAM


Sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, Ramin Quluzadə 2017-ci il 13 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. O,  Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin