İşdən qovulmuş diplomat XİN-i məhkəməyə verir

Hazırda oxunan: İşdən qovulmuş diplomat XİN-i məhkəməyə verir

97122
"Təkzib etməyimə baxmayaraq bir sıra mətbuat orqanlarında Avstraliyada siyasi sığınacaq almağımla bağlı iddialar təkrar-təkrar dərc olunmaqdadır. Bir daha bildirirəm ki, hazırda Avstraliyada olmağımın səbəbi əvvəlcədən də məlumat verdiyim kimi sırf ailə (həyat yoldaşımın ana olmağa hazırlaşması) və maddi (yerli banklara kredit borclarımın olması) səbəblərlə bağlıdır".xa0

Bunu Azərbaycanın Avstraliyadakı keçmiş diplomatı Anar Həsənov
Moderator.az-a göndərdiyi müraciətdə qeyd edib.
xa0
Anar Həsənov vurğulayıb ki, ailə vəziyyətini nəzərə alaraq Avstraliya hökuməti humanitar əsasda müvəqqəti bu ölkədə qalmağıma icazə verib.

Anar Həsənov yazır ki, Azərbaycanın Avstraliyadakı səfirliyindəki korrupsiya əməllərini faktlarla üzə çıxartmağım və bunun müqablində XİN rəhbərliyininxa0 həmin faktlara məhəl qoymayaraq, hətta ailə vəziyyətimi nəzərə almadan mənə qarşı qanunsuz əməllərinin bəzən arxa plana atılaraq məsələ ətrafında spekulyasiyalar etmək, tam fərqli mövzularla əlaqələndirmək cəhdləri də müşahidə olunur: "Əsas diqqət yetirilməli məsələlərdən biri XİN-in dövlətin mənafelərini xarici ölkədə müdafiə edən diplomatı uzaq ölkədə belə bir vəziyyətdə qoymasıdır.xa0 Yenə də diqqətinizə çatdırıram ki, səfirlikdəki korrupsiya əməllərinin üstünün açılması tərərfimdən Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin çağırışına cavab olaraq edilmişdir. Onun bu məsələni araşdırıb lazımi qərar verəcəyinə inamımı da hər zaman ifadə etmişəm. Eyni zamanda cənab prezidentin korrupsiya halları barədə ictimaiyyəti dövlət qurumlarını məlumatlandırmağa səsləyən çıxışına cavab olaraq bunu etməyimin müqabilində haqsızlığa məruz qalmağım və hüquqlarımın pozulmasına cavab olaraq 22 sentyabr 2015-ci il tarixində Yasamal məhkəməsinə elektron müraciət göndərmişəm. Ümid edirəm ki, məhkəmə şəxsən ərizə ilə müraciət etmək üçün texniki imkanlarımın olmamasını nəzərə alaraq müraciətimin elektron formada qəbuluna imkan yaradacaq. Uyğun vaxtda vətənə qayıdıb Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində diplomatiya, dövlət və xalqın adına ləkə gətirən, cənab prezidentin özünə qarşı hörmətsizlik edən korrupsioner məmurlar tərəfindən pozulmuş hüquqlarımın bərpa olunmasına çalışmaq niyyətindəyəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin