Emin Milli yeni təşkilat yaratdı - VİDEO

Hazırda oxunan: Emin Milli yeni təşkilat yaratdı - VİDEO

9703

''Müharibə zamanı biz beynəlxalq siyasi və media arenasında Azərbaycana qarşı  güclü qərəzin olduğunu gördük. Bu qərəz bir çox ölkələrdə Qərbdə, Rusiyada və bir çox ərəb ölkələrində var idi''.

''Ermənistanla əlaqələrimizi yaxşılaşdırmaq, sülhün tam bərpa olunması və iqtisadi münasibətlərimizin yaranması üçün biz öz müttəfiqlərimizdən əlavə Avropa Birliyi və ABŞ-la sıx əməkdaşlıq etməliyik''.

Bizim.Media xəbər verir ki,  bu sözləri Almaniyada yaşayan insan haqları müdafiəçisi Emin Milli “Youtube” kanalında yayımladığı videosunda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Emin Milli və Georgi Vanyan: “İqtisadi əməkdaşlıq sülhün təminatçısı ola bilər”


Onun sözlərinə görə, Qərbdə Azərbaycan haqqında mənfi rəyləri doğru təbliğat aparmaqla dəf etmək mümkündür. 

''Sözsüz ki, biz əvvəl özümüzə arxayınlanmalıyıq. Bizim mütləq şəkildə güclü iqtisadiyyatımız olmalıdır ki, hər an hər bir hücumu dəf etməyi bacaran güclü ordumuz olsun. Ancaq məsələ yalnız ordu və iqtisadiyyatla bitmir. Çünki siyasət, diplomatiya var. Buna görə də biz Qərbi Azərbaycana gətirməliyik''.

''Qərblə olan münasibətlərimizi tezliklə müsbət tərəfə dəyişdirməliyik. Biz müharibə vaxtı da bunun şahidi olduq. Qərbdə biz olmadan bizim problemlərimizi müzakirə edirdilər. Orada ABŞ-lı, avropalı erməni var idi, amma biz nədənsə bu müzakirələrdə iştirak etmridik''.

Bu səbəbləri aradan qaldırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və  Avropada Azərbaycanı bütün sahələrdə doğru tanıtmaq üçün Emin Milli dostları ilə “Sülh uğrunda” adlı təşkilat yaratdıqları haqqında məlumat verib:

“Bu problemi həll etmək üçün mən və dostlarım bir təşkilat yaratmağa qərar verdik. Bu təşkilatın əsas missiyası Azərbaycanla Qərb arasında olan ünsiyyət problemini həll etmək olacaq. Biz istəyirik ki, bu əlaqəni bütün sahələrdə qurub, əlaqələr yaradaq. Bundan əlavə orada Qərbdə olan, bizsiz bizim problemlərimizi müzakirələr çıxaranlar bütün məsələlərdən, işlərdən hali olsunlar. Biz istəyirik ki, Azərbaycan siyasətçiləri, alimləri və ekspertləri tərəfindən onlar məlumatlansınlar”,- deyə o, vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransa parlamentindən sonra Almaniya Bundestaqı da Qondarma Qarabağın tanınması məsələsini müzakirə edib.

Lakin Emin Millinin səyləri nəticəsində Bundestaq Fransa Senatındakı həmkarlarından fərqli olaraq məsələyə ədalətli və obyektiv baxaraq, onu gündəmdən çıxarıblar.

Belə ki, E.Milli bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərinə məktub ünvanlayaraq məsələyə birtərəfli baxmamalarını, kilsələri müdafiə edəndə, ermənilərin dağıtdıqları məscidləri də nəzərlərindən qaçırmamalarını xahiş edib.

O, məktubunda bu müharibənin ermənilərin qələmə verdiyi kimi heç də etnik və ya dini savaş olmadığını da açıqlayıb.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin