"Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib".
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.
"Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var", - o, qeyd edib.
Today I have been sent several videos apparently showing war crimes committed against Azerbaijanis. Also these need to be investigated and if authentic perpetrators need to be held responsible. The conflict has left deep wounds on both sides and to heal accountability is needed.
— Toivo Klaar (@ToivoKlaar) October 2, 2022
Bizim.Media