İranın “Zərif turne”si Azərbaycanın dəmir gücünə əsaslanır

Hazırda oxunan: İranın “Zərif turne”si Azərbaycanın dəmir gücünə əsaslanır

9688

İran-Azərbaycan iqtisadi komissiyasının yanvarın 18-də Tehranda baş tutan iclasına KİV müəyyən qədər maraq göstərmişdi. Görüşdə Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Yol və Şəhərsalma üzrə nazir Muhammad İslami iştirak edib.

İqtisadi ekspertlər iki qonşu ölkə arasında əməkdaşlığın “daha da genişlənəcəyini” proqnozlaşdırırlar.

Xüsusilə, kənd təsərrüfatı sahəsində bunun üçün imkanlar çoxdur. Ekspert Elşad Məmmədov hesab edir ki, “İran texnologiyaları Azərbaycanda kənd təsərrüfatı sektorunun mövqeyini hiss ediləcək dərəcədə möhkəmləndirə bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

''Birgə dostluq sərhədinə sahib ola bilərik'' - Zərif


Bəzi KİV-lərin yaydığı informasiyaya görə, Ərdəbil əyalətinin qubernatoru Əkbər Bəhnəmci deyib ki, Ərdəbildə dəmiryol terminalı tikiləcək. Uyğun müqavilə yanvarın 18-də imzalanıb. 

Bu terminal Ərdəbildən Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrinə məhsul ixracatını artırmağa imkan verəcək.

Eyni zamanda, İki ölkə arasında bu terminalın və sənaye parkının yaradılması regionda sərmayə imkanlarını yüksəldəcək.

Ekspertlər bu kimi faktları İranın xarici işlər naziri Cavad Zərifin Azərbaycana səfəri fonunda xüsusi vurğulayırlar və onları daha çox regional əməkdaşlığın yeni səhifəsi kontekstində izah etməyə çalışırlar.

Obrazlı desək, məsələ yalnız Azərbaycan-İran münasibətləri ilə məhdudlaşmır və faktiki olaraq İranın xarici işlər naziri “Zərif turne”yə başlayıb.

“Zərif” ona görə ki, nazirin adıdır, həm də o, bir məqsəd daxilində regionun 5 ölkəsinə səfər etməlidir ki, bu da diplomatik sferada “zərif məqsədlər”in güdüldüyünə işarədir. 

Cavad Zərifin Bakı hava limanında jurnalistlərin suallarına verdiyi cavablarda bu “zərifliyin” detallarını açıqlayıb. 

Azərbaycan Prezidentinin təklif etdiyi regional əməkdaşlıq (“6-lar”ın əməkdaşlıq formulu nəzərdə tutulur) formulu bağlılığında həmin məqamlar maraqlıdır. 

Xatırladaq ki, Azərbaycan dövlət başçısı regionun  altı ölkəsinin – Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın, əməkdaşlığı haqqında təklif irəli sürüb və R.T.Ərdoğan onu dəstəkləyib. Sonra V.Putin dəstəyini ifadə etdi. 

Cavad Zərifi ilk müsahibəsində səfərin məqsədi barədə deyib:

“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

Və “Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə toxunulacaq”.

Bunlardan başqa, İranın xarici işlər naziri Dağlıq Qarabağ məsələsində Azərbaycanla müxtəlif istiqamətlərdə (məcburi köçkünlərin geri qaytarılması, yenidənqurma, təhlükəsizlik və s.) əməkdaşlıq imkanlarını müzakirə edəcəklərini bəyanlayıb.

Nəhayət, C.Zərif Azərbaycandan dərhal sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər edəcəyini bildirib.

Ekspertlər bütün bunları regional əməkdaşlığın yeni formatının artıq gerçəkləşməyə başlaması əlaməti kimi qiymətləndirirlər. Konkret olaraq, İran diplomatiyası həmin bağlılıqda hərəkətə keçib. 

Təbii ki, müsbət haldır. İki aspektdən: 

1.    Regional əməkdaşlıq, bu əsasda qlobal layihələrdə koordinasiyalı iştirak;

2.    Regional təhlükəsizliyin yeni formulunun yaradılması; 

O da etiraf olunmalıdır ki, proseslərin bu cür müsbət istiqamət almasında Azərbaycan diplomatiyasının rolu çoxdur.

Azərbaycan artıq özü əməkdaşlıq və sülh yaradır!

Füzuli Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin