Aİ rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırdı

Hazırda oxunan: Aİ rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırdı

96845

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Sofiyada Bolqarıstan Yuanıstan İnterkonnektoru (ICGB) layihəsinin açılışında çıxışı zamanı deyib. 

Ursula von der Leyen bildirib ki, Bolqarıstan və Yunanıstan arasındakı İnterkonnektor (İCGB) layihəsi 10 ildən artıqdır ki, masa üzərində olub:  

“Bu layihə ilə bağlı məsələlər və müzakirələr 2009-cu ildən başlayıb. "Həmin vaxt Bolqarıstan "Qazprom"un qərarından ciddi zərər görmüşdü, çünki "Qazprom" Ukrayna ərazisi vasıətsilə qaz ixracından imtina etmişdi. Bu layihənin reallaşması zaman aldı, ancaq biz qətiyyətli olduq. Bu layihə səbir tələb edirdi. Bu gün bu layihənin işə başlaması münasibətilə Bolqarıstan və Yunanıstan hökumətlərini təbrik edirəm. 

Aİ bu layihəni ilk günüdən dəstəkləyib. Biz həm siyasi, həm də maliyyə dəstəyi vermişik. Mən deyərdim ki, bu gün həm Bolqarıstan, həm də cənub-şərqi Avropa üçün yeni era başlayır". 

Von der Leyen vurğulayıb ki, bu interkonnektor bütün Bolqarıstan təmin edəcək qaz ixrac etmək potensialına malikdir.

"Çox çətin zamanda bu, möhtəşəm bir xəbərdir. Həm Bolqarıstanda, həm də Avropanın digər regionlarında insanlar Rusiyanın müharibəsinin nəticələrini hiss edir lakin bu cür layihələrə görə Avropanın qış üçün qaz tədarükü olacaq.
Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb xüsusilə də son aylarda: Rusiya qazının alternativ qaz mənbələrinin yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev burdadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim. Bizim Norveç, ABŞ, Əlcəzair kimi dostlarımız və digər tərəfdaşlarımız bu çətin zamanda bizə kömək edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin