Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Hazırda oxunan: Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

96656

Məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. 
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin