Aqil Abbas: “Nə çətin işdir ki, dövlət şəhidin ailəsinə 2 otaqlı ev versin”

Hazırda oxunan: Aqil Abbas: “Nə çətin işdir ki, dövlət şəhidin ailəsinə 2 otaqlı ev versin”

96651

“Səbuhi Əhmədov adlı uşaq evində böyüyən şəhidimiz var. Onun da varı-yoxu bir qardaşı var. Nə atası, nə anası var. Ona da deyirlər ki, şəhid ailəsi sayılmırsan”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  

“Bəzən qanunun kənarından keçmək də olur. Ona bir otaq ev təklif ediblər, qardaş isə imtina edib. Nə çətin işdir ki, dövlət ona 2 otaqlı ev versin.

Sahibə xanım, sizdən xahiş edirəm ki, parlamentin sədri kimi qardaşa şəhid ailəsi statusu verilməsi ilə bağlı müvafiq nazirliyə müraciət edəsiniz.  

Yaxud bir müddət əvvəl qazi getdi, nazirliyin qapısını qırdı, sonra problemi həll edildi. Olmazdımı ki, qapı qırılmadan problem öz həllini tapardı? Bu cür məsələlərdə diqqətli olmaq lazımdır”, - deyə deputat əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin