Rəsmi Vaşinqton mövqeyini dəyişir? – “Hazırda sərgilədiyi tərz Azərbaycan üçün keçərli deyil” - EKSPERT

Hazırda oxunan: Rəsmi Vaşinqton mövqeyini dəyişir? – “Hazırda sərgilədiyi tərz Azərbaycan üçün keçərli deyil” - EKSPERT

96254

İki həftə bundan qabaq hətta ABŞ-ın dövlət katibi Entoni Blinken səviyyəsində yazışma və şifahi söhbətdə "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ" konflikti sözündən istifadə edilirdi.  

Amma 27 sentyabr anım günü ilə bağlı ABŞ-ın Bakı və İrəvandakı səfirliklərinin verdiyi bəyanatda isə artıq "Ermənistan-Azərbaycan münaqişəsi" sözündən istifadə olunub. Yəni səfirlərin açıqlamalarında artıq Dağlıq Qarabağ ifadəsi işlədilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Departamentindən Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı AÇIQLAMA


Bu addım artıq Vaşinqtonun da reallığı dərk etməyə başladığının göstəricisidir, yoxsa növbəti oyundur?

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, həmin məqam Vaşinqtonun öz mövqeyində səmimi olmadığı və prosesə münasibətdə ikili standartlardan çıxış etdiyinin göstəricisidir: 

“Blinkenin münaqişə ilə bağlı dediyi sözlərlə, ABŞ-ın Ermənistan və Azərbaycandakı səfirliklərinin sözlərindəki fərqlilik heç də o demək deyil ki, Vaşinqton bölgəyə, konfliktə əvvəlki yanaşmasından geri çəkilib. Bu heç də o anlama gəlmir. Sözügedən açıqlamalarda olan bu fərqli yanaşmalar sadəcə olaraq, Azərbaycan dövlətinin fikrini yanlış istiqamətə yönəltmək və münaqişənin həllinə töhfə verməyə hazır olduqlarını Bakının diqqətinə çatdırmaq məqsədi daşıyır.

Bir nüçə gün bundan qabaq ABŞ Prezidenti Co Bayden Dağlıq Qarabağ xalqı ifadəsini işlətmişdi. Deməli, Ağ Ev hələ də Cənubi Qafqazdakı prosesə xalqların öz müqəddəratı prizmasından yanaşmağa üstünlük verir. Bütün bunlar onu göstərir ki, ABŞ öz mövqeyində səmimi deyil və yenə də prosesə ikili standartlarla yanaşmaqda davam edir. 

Qarbağ məsləsinin həlli həm ABŞ, həm də Rusiyanın əlində uzun müddətdir ki, rıçaq kimi istifadə edilir.
 

Tərəflərdən biri üstün mövqeyə malik olduğu zaman digəri oyunu pozmağa çalışır. İndi növbə Amerikanındır. Amma dəqiq bir məsələ var, indi Azərbaycanın mövqeləri bütün cinahlar üzrə daha möhkəmdir. Ölkəmizə təzyiq etmək artıq mümkün deyil, hər hansı tərəf bunu edərsə, çox etibrarlı, sözünə bütöv və vacib bir tərəfdaşını itirmiş olar. 


Ona görə də ABŞ-ın hazırda sərgilədiyi tərz Azərbaycan üçün keçərli deyil. Ümumiyyətlə, ABŞ Azərbaycanın Avropanın enerji təminatında böyük rola malik olduğunu yaxşı anlayır. Həm də antiterror əməliyyatlarında da ölkəmizin rolu danılmazdır. Ona görə də ara-sıra belə açıqlamalar verməklə çalışırlar ki, Azərbaycanı narazı salmasınlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin