Milli Məclisin qərarına SİYASİLƏRDƏN ETİRAZ – “Partiyaların sıradan çıxmasına səbəb olacaq”

Hazırda oxunan: Milli Məclisin qərarına SİYASİLƏRDƏN ETİRAZ – “Partiyaların sıradan çıxmasına səbəb olacaq”

96231

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisdə keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

Belə ki, müzakirələrdən öncə Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Lakin bu addım siyasi partiyalar tərəfindən heç də birmənalı qarşılanmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Son zamanlar siyasi səhnədə görünməyən SİYASƏTÇİLƏR – ARAŞDIRMA 


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, layihə ilə bağlı ictimai rəydən daha çox partiyaların, siyasilərin rəyi önəmlidir:

“Çünki ictimai rəyi təşkil edən sıravi vətəndaşların partiya sistemi haqqında bir o qədər deyil. Həm də bu proseslərin paralel olaraq aparılması da mümkün idi. Eyni zamanda həm ictimai sorğu aparıla, həm də dinləmələr təşkil edilə bilərdi. Əgər iki dəfə dinləmələrin keçirilməsi nəzərdə tutulubsa və sorğu aparılacaqsa, bu başqa məsələ.

Lakin düşünürəm ki, mediaya və ictimaiyyətə açıq və daha intensiv formada dinləmələrin təşkili daha məqsədəuyğun olardı. Şərt deyil ki, bunu parlament təşkil etsin. Aidiyyatı dövlət strukturları, QHT-lər, partiyalar və media qurumları da dəyirmi masa təşkil edə bilərlər. İstənilən halda bu layihənin geniş formada, qarşılıqlı olaraq müzakirə edilməsinə ehtiyac var. Çünki layihənin bu formada qəbulu, nəinki çoxpartiyalı sistemin inkişafına imkan yaradacaq, əksinə partiyaların sıradan çıxmasına səbəb olacaq”.

REAL-ın icra katibi Natiq Cəfərli isə partiya olaraq ictimai dinləmələrə aktiv formada hazırlaşdıqlarını bildirib:

“Biz hələ bir il öncədən “Siyasi partiyalar haqqında” qanunla bağlı öz təkliflərimizi hazırlayıb, saytımızda dərc etmişdik. Təəssüf ki, o təkliflərin, demək olar ki, heç biri bu layihədə nəzərə alınmadı. Qanun layihəsinin bu formada qəbulunu da doğru hesab etmirik. 
 

İctimai rəy sorğusu məsələsinə gəlincə isə düşünürəm ki, bu müzakirələrin təxirə salınması üçün bəhanədir. Çünki rəy sorğusu ancaq partiya üzvləri arasında keçirilməlidir. Vətəndaşlar arasında siyasi partiyaları maraqlandıran məsələlərlə bağlı niyə rəy sorğusu keçirilsin?


Ölkədə heç bir partiyaya üzv olmayan milyonlarla insan var. Məncə, qanun layihəsini hazırlayanlar da, problemləri görüb, anladılar ki, yeni layihənin hazırlanması vacibdir. Bunun üçün isə zaman qazanmağa ehtiyac var”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin