Dövlət Departamentindən Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət Departamentindən Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı AÇIQLAMA

95994

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gətirilməsi ABŞ üçün önəmli idi".

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında ötən həftə Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüşünə dair suala cavabında deyib.

O qeyd edib ki, Dövlət katibi hər iki ölkənin liderləri ilə həmsöhbət olub, lakin bu görüş toqquşmaların baş verməsindən sonra hər iki xarici işlər nazirinin ilk üzbəüz görüşü olub.

Ned Prays əlavə edib ki, görüş zamanı Entoni Blinken tərəflərə atəşkəsin qorunub saxlanılmasının vacibliyini qeyd edib və ABŞ-ın dayanıqlı atəşkəsə və sülh yolu ilə həllə sadiqliyini vurğulayıb:
“Biz hər iki xarici işlər nazirinə açıq şəkildə qeyd etdik ki, ABŞ ikitərəfli, çoxtərəfli tərəfdaşları bir araya gətirərək öz dəstəyini verməyə hazırdır. Bura Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkənin liderlərini bir araya gətirmək səylərinin dəstəklənməsi də daxildir”.

Ned Prays deyib ki, XİN başçıları görüş boyunca irəliyə doğru ən yaxşı yolu müzakirə ediblər və Dövlət katibi tərəflərə cari ay başa çatmadan sülh prosesinin mənalı şəkildə necə irəliləməsinə dair fikirlərini bölüşməyi təklif edib:
“Biz Ermənistan və Azərbaycan arasında həllini gözləyən bütün məsələlərin dinc müzakirələr yolu ilə həllinə çağırırıq. Güc tətbiqi qəbuledilməz yoldur”. 

Ned Praysın sözlərinə görə, ABŞ davamlı sülhün əldə edilməsi üçün prosesdə iştirakını davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin