"Rusiya ilə düşmən olan informasiya orqanları səfərbərlik səbəbiylə Rusiyanı xeyli sayda tərk etmək istəyən insan olması ilə bağlı xəbərlər yayır. Biz bunların hamısını müşahidə edirik, normal da qarşılayırıq. Bugünkü media heç bir məsuliyyət hiss etmir, əksəriyyəti qırağa qoyub tək-tük hadisələrə fokuslanıb ancaq neqativləri qabartmağı xoşlayır. Gerçək vəziyyəti isə cəbhədə deyəcəyimiz söz müəyyənləşdirəcək".
Bu fikirlər Rusiyada yaşayan politoloq Pavel Klaçkova məxsusdur. O, Bizim.Media-ya verdiyi eksklüziv açıqlamada bildirib ki, hazırda hökumət kişi və ya qadın vətəndaşların Rusiyanı istənilən istiqamətə tərk etmələri üçün heç bir maneə yaratmır, bunu heç lazım da bilmir:
MÖVZU İLƏ BAĞLI:
Ruslar Gürcüstana qaçır: Kreml sərhədə qoşun yeritdi – FOTO-VİDEO
“Rusiyanı tərk edən cüzi faizin səfərbərliyin effektivliyi ilə heç bir əlaqəsi yoxdur. Əgər insanlar artıq çağırış vərəqəsini alıblarsa, həmin gündən etibarən nəinki xarici ölkəyə getmək, heç yaşadıqları şəhəri belə tərk edə bilməyəcəklər.
Bu halda o insanlar vətənə olan borcunu ödəmək üçün hərbi komissarlığa getməlidirlər. Yaşadığım bölgədə çağırış vərəqəsini alanların hamısı həvəslə xidmətə gedirlər.
Digər hallar da var ki, abituriyentlərin və tələbələrin müsbət istəklərinə baxmayaraq orduya qəbul edilmirlər. Hesab edirəm ki, Rusiyanı tərk edənlər vəfasız, ruhən zəif insanlardır və orduya çağırış vərəqəsini alanlar xidmətə gəlib özünü ləyaqətlə aparmalıdırlar".
Leyla Şah, Bizim.Media