Ermənistanın İnfrastruktur nazirliyi Paşinyanı TƏKZİB etdi: “Azərbaycandan Naxçıvana konkret yolun...”

Hazırda oxunan: Ermənistanın İnfrastruktur nazirliyi Paşinyanı TƏKZİB etdi: “Azərbaycandan Naxçıvana konkret yolun...”

95673

10 noyabr 2020-ci il tarixli bəyanat Azərbaycandan Naxçıvana konkret yolun mövcudluğunu nəzərdə tutmur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”a bildirib.

"Regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması prosesi dayandırılmayıb.

Ermənistan ərazisində dəmir yolunun tikintisi hələ başlamayıb. Azərbaycandan Naxçıvana gedən avtomobil yolu ilə bağlı bildiririk ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi hər hansı bir yolun açılmasını nəzərdə tutmur. Söhbət nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılmasından, eləcə də Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasındakı nəqliyyatın Ermənistan tərəfindən təhlükəsizliyinin təmin edilməsindən gedir. Məsələ hələ də müzakirə olunur”, - məlumatda deyilir.

Nazirlikdən onu da qeyd ediblər ki, hələlik dəmir yolu və avtomobil yolunun işə salınması ilə bağlı dəqiq müddət müəyyən etmək mümkün deyil.

Nazirlik vurğulayıb ki, kommunikasiyaların açılması ilə bağlı komissiyanın növbəti iclası ilə bağlı razılıq yoxdur.

Baş nazir Nikol Paşinyan isə BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, Ermənistan Azərbaycan üçün öz yollarını açmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin