Ombudsmandan ermənilərin yaraladığı Azərbaycan hərbçiləri ilə bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: Ombudsmandan ermənilərin yaraladığı Azərbaycan hərbçiləri ilə bağlı ÇAĞIRIŞ

95603

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun yaralanması ilə bağlı çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman aparatından bildirilib.

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub, üç hərbçimiz yaralanıb - MN


S.Əliyeva qeyd edib ki, bu fakt bir daha göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarına xələl gətirir və insanların həyatına qəsd etməkdə davam edir:

"Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin