İranda ÇADRALARIN sonu gəlir: “Molla rejimi güzəştə getməyə məcbur olacaq” - Qabil Hüseynlinin ŞƏRHİ

Hazırda oxunan: İranda ÇADRALARIN sonu gəlir: “Molla rejimi güzəştə getməyə məcbur olacaq” - Qabil Hüseynlinin ŞƏRHİ

95553

İranda Məhsa Əmininin “Əxlaqi Təhlükəsizlik Polisi” tərəfindən öldürülməsi fonunda bu ölkədə başlanan etiraz aksiyaları daha geniş əraziləri əhatə etməkdədir. Artıq etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı azı 83-ə çatıb.

Aksiya nəticəsində ölənlər də var. Bildirildiyinə görə, aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb. Ölənlər arasında polis əməkdaşları da var. Aksiyalarda 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb.

Görəsən, İranda baş qaldıran bu narazılığın hansı perspektivləri var? 

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli düşünür ki, İran rejimi etirazçılara qarşı bəzi güzəştlərə getməli olacaq. Amma bu bütünlükdə rejimin yıxıla biləcəyi anlamına gəlməməlidir: 

“Hələ ki, hərəkat yüksələn xətt üzrə gedir. Amma molla rejimi də etirazçılara qarşı çox amansız davranır. Onlarla insan ölüb, yüzdən artıq adam həbs edilib. Bəzi universitetlər də fəaliyyətini müvəqqəti dayandırıb. Bu da aksiyalarda tələbələrin daha aktiv olması ilə bağlıdır. Bu nöqteyi-nəzərdən demək olar ki, rejim iştirakçılara qarşı amansızlığı ilə seçilir. Görünən odur ki, təzyiqlər nəticəsində bəzi yerlərdə hərəkat zəifləyir. 

Düzdür, baş verən olaylar İranın molla rejiminə ağır zərbə vuracaq. Etiraz aksiyasının nəticəsi olaraq rejim bəzi güzəştlərə gedə bilər.

Məsələn çadra məsələsində qadağaları müəyyən qədər yumşaldar. Çünki indiki vəziyyətdə İran narazı qüvvələri yalnız cəza maşınından istifadə etməklə zərərsizləşdirməkdə bir qədər acizdir. Ona görə də müəyyən güzəştlərin ediləcəyi də istisna deyil. Amma bununla belə, başlanan hərəkat İrandakı mövcud rejimi yıxa bilməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin