“Yaxın günlərdə Ermənistan ordusu daha ciddi şəkildə cəzalandırılacaq” – Hərbi EKSPERT 

Hazırda oxunan: “Yaxın günlərdə Ermənistan ordusu daha ciddi şəkildə cəzalandırılacaq” – Hərbi EKSPERT 

95549

Bütün Avropa dövlətləri və ABŞ öz vətəndaşlarına Ermənistanın bir neçə bölgəsinə getməyi qadağan edib. Bu bölgələr içərisində Zəngəzur, Göyçə və digərlərinin adı çəkilir. 

Qeyd edək ki, son zamanlar Ermənistanın geniş miqyaslı təxribatı səbəbindən sərhəddə vəziyyət yenidən gərginləşib.

Bu da onu göstərir ki, İrəvan sülh müqaviləsi istiqamətində ardıcıl addımlar atmaq əvəzinə sərhəddə vəziyyəti gərginləşdirmək yolunu tutub. Bu isə istər-istəməz regionda hərbi əməliyyatların yenidən alovlana biləcəyindən xəbər verir. Bunu nəzərə alaraq da Qərb ölkələri vətəndaşlarına sözügedən ərazilərə səfər etməmək xəbərdarlığı edib.  

Bu xəbərdarlıq regionda hansısa hərbi eskalasiyanın olacağından xəbər vermir ki?

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, ABŞ və Avropa ölkələrinin öz vətəndaşlarına ünvanladıqları bu xəbərdarlıq Ermənistanın son aylar Azərbaycana qarşı sərhəddəki 5 rayon ərazisində davam etdirdiyi təxribatlarla bağlıdır:

“Düşmən tərəf əvvəl Kəlbəcər və Laçın rayonu istiqamətində təxribatlar törədirdisə, son günlər hətta Daşkəsən, Zəngilan hətta Tovuz istiqamətində də təxribatlarını davam etdiriblər. Bu gün Kəlbəcər istiqamətində 3 əsgərimiz yaralanıb. Azərbaycan heç bir halda bunu cavabsız qoymayacaq. ABŞ və Avropa da bunu yaxşı anlayır.

Ona görə də həmin ölkələr öz vətəndaşlarına Ermənistanın bəzi ərazilərinə getməyi qadağan edə bilər. Bu onların öz işidir. Azərbaycanın isə vəzifəsi ərazimizə və əhalimizə qarşı təxribat törədən düşməni darmadağın etməkdən ibarət olmalıdır. Yaxın günlərdə Ermənistan ordusunun daha ciddi şəkildə cəzalandırılacağını görəcəyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin