Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət edib

Hazırda oxunan: Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət edib

95327

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib. 

Bizim.Media report-a istinadən xəbər verir ki, Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. 

Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin prezidenti Petr Fiala imzalayıblar. 

Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var. 

Aİ administrasiyası ideyasını Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş Avropa Siyasi Birliyi ilə Avropa qitəsindəki ölkələrin siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir. 

İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır. Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir. 
Praqada keçiriləcək ilk görüşdə liderlər günorta saatlarında görüşəcəklər. Daha sonra “dəyirmi masa”lar keçiriləcək və liderlər iştiraka dəvət olunacaqlar.

Sülh və təhlükəsizlik, enerji və iqlim, iqtisadi vəziyyət, miqrasiya və nəqliyyat mövzularında dəyirmi masa görüşlərinin təşkili planlaşdırılır. 

Liderlərin ikitərəfli görüşləri də gözlənilir. Görüşlərdən və müzakirələrdən sonra şam yeməyi ilə yekun iclasının keçirilməsi nəzərdə tutulur. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin