Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.
Bizim.Media xəbər verir ki, İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırladıb, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib
Azərbaycan lideri Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirib, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini deyib.
Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirib.
Bizim.Media