Ceyhun Bayramov Blinkenin mesajını açıqladı – ABŞ-ın mövqeyi nədir? - VİDEO 

Hazırda oxunan: Ceyhun Bayramov Blinkenin mesajını açıqladı – ABŞ-ın mövqeyi nədir? - VİDEO 

95218

“ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüş zamanı açıq bir mesaj verdi ki, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır”.  

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşü ilə bağlı danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Səfirliklərimizə hücum edənlər cəzalandırılmalıdır” - Ceyhun Bayramov - VİDEO 


Nazir ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasına töhfə vermək istədiyini vurğulayıb:

“Son dövr ərzində həm ABŞ dövlət katibi, həm də dövlət katibinin komandasında olan insanlar xeyli fəallıq göstərirlər. Onlar Ermənistan-Azərbaycan kontekstində normallaşmaya töhfə vermək istəyirlər və ciddi addımlar atırlar.

Mən üçtərəfli görüşü bu baxımdan faydalı hesab edirəm. Dövlət katibi görüşdə açıq bir mesaj verdi ki, bütün çətinliklərə, fikir ayrılıqlarına baxmayaraq, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır.
Hətta Dövlət Departamentinin görüşün nəticəsinə dair yaydığı açıqlamada da hər iki tərəfə sentyabrın sonuna kimi sülh müqaviləsi üzrə görüşün keçirilməsinə dair çağırış edilib”.

C.Bayramov üçtərəfli görüşdə nələrin müzakirə olunduğuna da diqqət çəkib:

“Görüşdə, ilk növbədə, 12-14 sentyabr tarixlərində iki dövlət arasında delimitasiya edilməmiş dövlət sərhədi ərazisində baş verən qarşıdurma, hərbi toqquşmanın həyata keçirilməsi və nəticələri ilə bağlı açıq şəkildə pozisiyamızı bildirdik.

Ermənistan tərəfinin təxribata əl atması, daha sonra qarşı tərəfin qısa zaman ərzində əldə olunmuş atəşkəsi pozması, bununla da çoxsaylı itkilərə səbəb olması, bunun qəbuledilməzliyi ilə bağlı mövqeyimizi çatdırdıq.
Eyni zamanda, bu vaxta kimi əldə olunmuş çoxsaylı razılaşmaların Ermənistan tərəfindən pozulması, o cümlədən Brüssel sülh gündəliyində əldə olunmuş razılaşmaların icrası səviyyəsində ləngimələr və süni problemlərin yaradılmasına diqqətimizi yönəltdik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin