Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb

Hazırda oxunan: Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb

95114
Sentyabrın 10-11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda səfərdə olub

 Rövnəq Abdullayev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında enerji və neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, zəngin neft və qaz resurslarına malik olan hər iki Xəzəryanı dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırır. Danışıqlarda mövcud əməkdaşlığın möhkəmlənməsi perspektivləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistanın neft-qaz sahəsi və yanacaq məsələləri üzrə Baş nazirinin müavini B. Xocamuxamedov ilə də görüşüb.

Hər iki görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin