Prezident: “Bu günə qədər dəhlizin marşrutu belə bizə deyilməyib” - VİDEO

Hazırda oxunan: Prezident: “Bu günə qədər dəhlizin marşrutu belə bizə deyilməyib” - VİDEO

95086

“Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Kəlbəcər-Laçın yolunda inşa edilən tunellə tanış oldu


Dövlət başçısı qeyd edib ki, heç bir praktiki iş aparılmayıb:

“Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin