Azərbaycanın Fransadakı səfirliyindən ermənilərin hücumları ilə bağlı BƏYANAT - FOTO 

Hazırda oxunan: Azərbaycanın Fransadakı səfirliyindən ermənilərin hücumları ilə bağlı BƏYANAT - FOTO 

94890

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi rəsmi “Twitter” səhifəsində bəyanat yayıb.

Bəyanatda bildirilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin