Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar.
Piketdə Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırılıb.
“Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!” və s. şüarlar səsləndirən soydaşlarımız təxribatlara etirazlarını ifadə ediblər.
Soydaşlarımız Almaniya siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:34 / 20.09.2022
Berlində Azərbaycan icması Ermənistan səfirliyi önündə piket keçirib - FOTO
Hazırda oxunan: Berlində Azərbaycan icması Ermənistan səfirliyi önündə piket keçirib - FOTO
Hazırda oxunan: Berlində Azərbaycan icması Ermənistan səfirliyi önündə piket keçirib - FOTO
94881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.