Ermənistan 5 milyard dollardan niyə imtina edir? – Həm də bunu RUSİYA VERİRSƏ

Hazırda oxunan: Ermənistan 5 milyard dollardan niyə imtina edir? – Həm də bunu RUSİYA VERİRSƏ

94830

“Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması Rusiyadan Ermənistana 5 milyard dollara qədər investisiya axını üçün zəmin yaradacaq”. 

Bizim.Media xəbər verir ki, bunu İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumda çıxışı zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

5 milyarda Ermənistanın 2 illik büdcəsinə bərabərdir. 5 milyarda Ermənistanın dövlət borclarının yarısı deməkdir.

Bir sözlə 5 milyard Ermənistan üçün yaşam qarantıdır. Bəs, bu qədər böyük həcmli investisyanın yatırılmasını ermənilər niyə gecikdirir? Və yaxud niyə istəmir?
Təbii ki, dərin iqtisadi və siyasi böhran yaşayan Ermənistan məmnuniyyətlə bu investisiyadan yararlanmaq istəyərdi. Amma ipi öz əlində olmayan Ermənistan bir çox hallarda bu cür şansları qaçırtmaq zorunda qalır. 

Zəngəzur dəhlizinin açılması istər-istəməz Ermənistanı beynəlxalq oyunçuya çevirir. Baxmayaraq ki, dəhlizin yalnız 46 kilometri Ermənistan ərazisindən keçəcək. Bununla belə dəhlizin unikal və iqtisadi cəhətdən olduqca səmərəli olması ermənilərə tarixi şans verir. Di gəl ki, tarixi şansı ultramillətçi ermənilər layiqincə dəyərləndirə bilmirlər. Bunun da bir sıra səbəbləri var.

Birincisi, ermənilər çox zaman milli maraqlarını yaşadıqları dövlərlərin maraqlarına qurban verirlər. Və bu gün Ermənistanda əsas söz sahibi nə Paşinyandır, nə də ki, müxalifət. Son söz erməni diasporunundur. Erməni diasporu da hələki, bəlli səbəblərə görə bu layihəyə “yox” deyir.

İkincisi, Zəngəzur dəhlizinin açılmasını Qərb istəmir. Çünki, bu dəhliz daha çox Rusiya və Çinin işinə yarayır. Məhz bu səbəbə görə Qərb bu dəhlizin açılmasında o qədər də maraqlı deyil. ABŞ başda olmaqla Avropanın bir sıra dövlətləri açıq və gizli şəkildə Zəngəzur dəhlizinin açılması əleyhinədir. Nəzərə alaq ki, ən böyük erməni diasporları də məhz bu ölkələrdədir.

Üçüncüsü, Zəngəzur dəhlizinin açılmasını İran da istəmir. İranın da Ermənistan üçün hansı anlam daşıdığını təkrarlamağa ehtiyac yoxdur.

Göründüyü kimi Zəngəzur dəhlizininin açılmamasını istəməklə ermənilər daha çox xarici güclərin maraqlarına xidmət edirlər.

Ona görə də Rusiyanın 5 milyardlıq investisiya anonsu ermənilər üçün çox da cəlbedici görünmür. Ermənilər üçün əsas söz onların xaricdəki diasporasının fikridir. Diaspora da ki, hələlik xarici ölkələrin çaldığı havaya oynayır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli kommunikasiyaların açılması, yeni loqistik mərkəzlərin yaradılması bütün dövlətlərə sərf eliyən bir layihə olduğunu bildirdi.

“Yalnız Ermənistan gec də olsa bunu anlamalı, öz səhv siyasətindən vaz keçməli və dəhlizin tez bir zamanda işə düşməsinə yardımçı olmalıdır. Çünki, bu layihədə uduzan ölkə yoxdur. Bütün tərəflər bu layihədən divident əldə edəcək. Ona görə də Ermənistanın tutduğu mövqe normal məntiqlə izaha gəlmir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin