Mən erməni dilini bilmirəm. Lakin Nikol Paşinyanın öz auditoriyası qarşısında çıxış edərkən üz ifadələri və jestlərinə baxanda, bu siyasətçini Hitlerə bənzədirəm. Bu məqamda onu da xatırladım ki, faşist ideologiyası Ermənistanda hələ Paşinyan baş nazir olmazdan əvvəl kök atmağa başlayıb. İndi biz tarixin dərin köklərinə getmək istəmirik. Bu başqa bir söhbətin mövzusudur. Hələlik günümüzün əsas mövzusundan bəhs etmək istəyirəm. Bir neçə gün bundan əvvəl Gəncəyə yönəldilən raket atəşləri nəticəsində günahsız dinc əhalinin, körpə uşaqların yatdıqları yerdə öldürülməsi mənə Hitlerin müharibənin sonunda etdiklərini xatırladır.
Tarixdən də məlum olduğu kimi, o zaman qudurmuş fürer FAU-2 raketləri ilə Britaniya Londonunu atəşə tutdu. Paşinyanın məqsədləri də, təqribən belədir, o da onun kimi dinc əhalinin qorxutmaq istəyir. Mahiyyətinə görə, bu törədilən cinayət dövlət səviyyəsində terrorizmdir. Əfsuslar olsun ki, erməni hərbçilərinin törətdiyi bu yırtıcı terror aktına dünya ictimaiyyəti çox ögey münasibət bəsləyir. Burada biz yenə ikili standartlar siyasətinin hərəkətdə olduğun şahidiyik. Günahsız Azərbaycan vətəndaşının həlak olması dünya siyasətçilərini demək olar ki, narahat etmir. Onların içərisindən heç birinin müharibə qaydalarını kobud şəkildə pozduğuna görə İrəvan açıq şəkildə qınadığını görmürük.
Bəli, Qaregin Nijde kimi bir terrorçunun qəhrəmana çevrilməsi siyasəti Paşinyanın hakimiyyətindən əvvəl başlayıb. Lakin bu hakimiyyət həmin terrorçunu məşhurlaşdırmaqdan çəkinməyib. Məlumdur ki, II Dünya Müharibəsi illərində Qaregin Nijde Almaniya faşistləri ilə əməkdaşlıq edib və erməni faşist legionunun yaradılmasında birbaşa iştirak edib. Erməni legionerləri Şimali Qafqazda və Qərb cəbhəsində Vermaxtın tərəfində döyüşürdülər. Müharibə qurtarandan sonra bu fəaliyyətinə görə Qaregin Nijde SSRİ-də mühakimə olundu.
Lakin bu gün faşitlərə işləyən birisini Ermənistan özünə Milli Qəhrəman düzəldib. Bu məndə təəccüb yaratmır. Azərbaycana qarşı növbəti təcavüzkar müharibə başlanan ərəfədə , Yerevanda belə bir antisemit hərəkət oldu, o da cəzasız qaldı. Naməlum əclaflar Ermənistanın paytaxtında ucaldılan Holokost abidəsini təhqir etsələr də, hakimiyyətin dişsizliyi ucbatından, bu xuliqanlığı törədilənlər də cəzalanmdı.
Bütün məsuliyyətimlə, belə hesab edirəm ki, onlar bu vəhşiliyi İsrailin Azərbaycan Respublikasını müasir tipli hərbi sursatlarla təmin etdiyinə görə törədiblər. İnanıram ki, rəsmi Tel-Əviv erməni faşistlərinin törətdikləri bu vandalizm aktının qiymətini verəcək. Və bir də ki... Bir neçə gün əvvəl o da məlum oldu ki, almaniyalı faşistyönümlü deputatlar Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfər ediblər. Haqlı olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Bəyənatında vurğulanır ki, “...Şteffen Kotre, Ştefan Koyter, Andreas Qalau, Andreas Kalbits Ermənistanın xeyrinə təbliğat aparan aparıcı qrupun üzvləri hesab olunurlar. Bundan başqa , bu şəxslər özlərinin nasist və antisemit bəyənatları ilə də fərqlənirlər”.
Burada əlavə şərhə ehtiyac yoxdur. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın, gələcəkdə təmiz döyüşdə vuruşmağa gücü yoxdur, buna görə də o əhali arasında tez-tez terror metodlarından istifadə etməyə, faşist ideologiyasını təbliğ etməyə üstünlük verəcək. Tarixdən də bildiyimiz kimi, müharibəni uduzan faşistlər həmin ərəfədə bəşəriyyətə qarşı ən ağlagəlməz cinayətləri törətmişdilər. Unutmaq olmaz ki, bax elə buna görə də, Ermənistan bu günə kimi köhnəlmiş Metsamor atom elektrik stansiyasını saxlayır. Erməni hərbçilərinin əlində “çirkli bombanın” bütün komponentlərinin olmasına heç şübhə etməyək. Belə bir silahın tətbiqi Cənubi Qafqazda təhlükəsizlik və ekologiya üçün görünməmiş fəlakətlər yarada bilər.
Xüsusi olaraq Bizim Media üçün
Qazaxstandan tarixçi jurnalist Daniyar Kasumov .