ABŞ rəsmilərinin TƏZADLI MÖVQEYİ - “Ermənistanı Blinken xilas edəcək, yoxsa Pelosi?”

Hazırda oxunan: ABŞ rəsmilərinin TƏZADLI MÖVQEYİ - “Ermənistanı Blinken xilas edəcək, yoxsa Pelosi?”

94622

“Pelosinin açıqlamaları və Blinkenin zəngi arasında təzadlar var. Bu təzadlar isə onların tutduqları mövqelərdən irəli gəlir. Belə ki, Nensi Pelosi seçkili orqanın, qanunverici hakimiyyətin nümayəndəsidir. Entoni Blinken isə icra aparatının, dövlət departamentinin məmurudur. Ölkənin siyasətinin əsas gücü də dövlət departamentinin üzərinə düşür”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib. 

Onun sözlərinə görə, ABŞ-ın xarici siyasətini dövlət departamenti müəyyən etsə də, buna təsir edən digər qüvvələr də var:

“Onlardan bir qismi də konqresdə cəmləşib. Pelosi Amerikada iqtidarda olan Demokratlar partiyasının nümyəndəsidir və onların da siyasətə təsir imkanları böyükdür. Lakin bütün hallarda biz ziddiyətli siyasətə şahidlik edirik.

 

MÖVZU İLƏ BAĞLI:

“Blinken Pelosinin səhvini düzəltmək üçün İlham Əliyevə zəng edib” – Amerikalı ekspert 


Bir qanad digərini təkzib edir və nəticədə ölkənin maraqları zərbə altında qalır. Aydın deyil ki, biz Amerika ilə münasibət qurarkən hansı şəxsin fikirlərini əsas götürək – Pelosi, yoxsa Blinken. Üstəlik, onların hər iki yüksək təsir imkanlarına malik şəxslərdir”.

Politoloqun sözlərinə görə, bu cür ziddiyyətlərin olması bütün hallarda ABŞ-ın regionda maraqlarını həyata keçirməsi prosesini ləngidir:

“Çünki digər oyunçular daha vahid platformadan çıxış edirlər. Bu səbəbdən, həmin güclərin regionla bağlı siyasəti daha effektli olur. ABŞ hal-hazırda regionda gedən proseslərdə moderator qismində özünü göstərməyə çalışır. Lakin bu cür siyasətlə onlar moderator rolunu icra edə bilərlərmi?”

İlqar Vəlizadə bu cür situasiyanın Ermənistan üçün zərərli nəticələr doğurması ehtimallarını da şərh edib:

“Ümumiyyətlə, ABŞ-la aparılan oyunlar Paşinyanın taxtını silkələyir. Ermənistan tam olaraq Rusiyadan asılıdır. Bu cür siyasətin acı nəticəsi o ola bilər ki, Rusiya əlində olan rıçaklardan Paşinyana qarşı istifadə etsin.
Məsələn, Rusiya Ermənistana qaz ixrac edir. Ermənistan üçün ixrac qazının min kubmetri üçün qiyməti isə 170 dollardır. Avropa bazalarında hazırda bu rəqəm 2200 avroya bərabərdir. Bəs, Rusiya Ermənistan üçün qazın qiymətini qaldırsa, onları kim xilas edəcək, Pelosi, yoxsa Blinken?”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin