"Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik".
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
"Azərbaycan davamlı şəkildə bizim ölkəmizə bu çətin zamanda humanitar yardım göndərdi, bura dərmanlar, geyim, və ərzaq daxil idi. Bu humanitar dəstəyi qiymətləndirir və Azərbaycana təşəkkür edirik".
Azərbaycanın da müharibə ağrısı yaşadığını xatırladan ukraynalı diplomat azərbaycanlı uşaqların da illər əvvəl ukraynalı, polşalı uşaqlar kimi müharibə travması yaşadığını vurğulayıb. (Apa.az)
Bizim.Media